Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın Budapeştdə keçiriləcək görüşünə hazırlıqlar artıq başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
Siyartonun sözlərinə görə, bu məsələni o, həm Rusiya xarici işlər naziri Sergey Lavrov, həm də ABŞ dövlət katibinin müavini Kristofer Landau ilə telefon danışıqlarında müzakirə edib.
Nazir “Facebook” səhifəsində yazıb ki, tərəflər sammitin təşkili ilə bağlı ilkin razılaşmalara başlayıblar.
Qeyd edək ki, bu, son illərdə Qərb və Rusiya arasında gərgin münasibətlər fonunda Avropada keçiriləcək ən mühüm diplomatik görüşlərdən biri ola bilər.