Operativ Məlumat Mərkəzi

Lüksemburqun ətraf mühit naziri Azərbaycanda səfərdədir

1 dəq
Paylaş:
Lüksemburqun ətraf mühit naziri Azərbaycanda səfərdədir
bu barədə Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov sosial...

Lüksemburqun ətraf mühit, iqlim və biomüxtəliflik naziri Serj Vilmes BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycana səfərə gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov sosial şəbəkədə yazıb.

“[...] Serj Vilmes COP29-da iştirak etmək üçün nümayəndə heyəti ilə birlikdə Bakıya gəlib. Qalan günlər ən sınayıcı günlər olacaq. Azərbaycana xoş gəlmisiniz!”, – diplomat qeyd edib.

Xatırladaq ki, daha əvvəl Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Bakıya gəldiyini bildirmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər