"Feyenoord"un mərkəz müdafiəçisi David Qanzko "Liverpul"un radarına düşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" "CaughtOffside"a istinadən xəbər verir ki, "Liverpul" Qanzkonu yayda heyətinə cəlb etmək istəyir.
Slovakiyalı ilə "Tottenhem" və "Çelsi" də maraqlanır.
Məşhur "Transfermarkt" portalının ekspertləri David Qanzkonun dəyərini 35 milyon avro qiymətləndirirlər.
Mərkəz müdafiəçisinin "Feyenoord" ilə müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.