Ağır yük avtomobili Krasnodardakı Erməni Apostol Kilsəsinin qapısına çırpılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Kuban 24" Teleqram kanalı məlumat yayıb.
Hadisə Yana Poluyan küçəsində yerləşən məbədin yaxınlığında baş verib. Görüntülərdə qapı konstruksiyasına ciddi mexaniki ziyan dəydiyi, avtomobilin ətrafında gips və beton blok parçaları olduğu görünür.
Hadisə ilə bağlı araşdırılma aparılır.