Operativ Məlumat Mərkəzi

Kreml ABŞ-ın Ukraynadakı vəziyyəti həll etmək səylərinə necə baxır?

1 dəq
Paylaş:
Kreml ABŞ-ın Ukraynadakı vəziyyəti həll etmək səylərinə necə baxır?
bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb. Peskov bildirib ki, ABŞ Rusiya ilə Ukrayna arasında münaqişəni dayandırmaq...

Moskva Ukrayna böhranının həllində göstərdiyi səylərə görə Vaşinqtona minnətdardır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.

Peskov bildirib ki, ABŞ Rusiya ilə Ukrayna arasında münaqişəni dayandırmaq üçün vasitəçi rolunu oynamağa çalışır.

"Və biz bu səylərə görə ABŞ-a minnətdarıq", - mətbuat katibi vurğulayıb.

Peskov deyib ki, Rusiya rəsmiləri Vaşinqtonun səylərinin bəhrəsini verəcəyinə ümid edirlər. Rusiya prezidenti Vladimir Putin böhranın həlli üçün danışıqlara hazır olduğunu bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər