Koreya yarımadasındakı mümkün müharibə dünyaya 4 trilyon dollar ziyan vura bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məqalə “Bloomberg“də dərc olunub
Müəllif xatırladıb ki, müharibənin bir ili dünya iqtisadiyyatına 4 trilyon dollara başa gələcək ki, bu da qlobal ümumdaxili məhsul həcminin 3,9 faizi həcmində qiymətləndirilir.
Yazıda mümkün hərbi qarşıdurmanın insan itkisinin sayına görə də ən genişmiqyaslı müharibə olacağı qeyd edilib.
Məqalədə göstərilənlərə əsasən hərbi toqquşma zamanı “Samsung Electronics” kimi iri sənaye korporasiyaları ciddi ziyan çəkə biləcəyi yazılıb.
Müəllifin iddiasına görə, hazırda Cənubi Koreya ordusu üçün tələb olunan “DRAM” çiplərinin 41, “NAND” mikrosxemlərinin isə 33 faizini şirkət istehsal edən bu kimi şirkətlərin Şimali Koreyanın ballistik raketlərinin hədəfinə çevriləcək.
“Samsung Electronics”in ən iri alıcıları arasında Çin və ABŞ yer alıb.
“Bloomberg“in analitikləri onu da bildirir ki, müharibənin ilk 365 günündə Cənubi Koreryada Ümumi Daxili Məhsul istehsalı 37,5 faiz, ABŞ-də isə 2,3 faiz azala bilər.