"Bavariya"nın futbolçusu Kinqsli Koman qarşıdakı transfer pəncərəsində klubu tərk edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Münxen nəhəngi fransızla yollarını ayırmağa hazırdır və futbolçunun özü də ayrılmaqda maraqlıdır.
28 yaşlı futbolçu Londonun “Arsenal” klubu ilə də danışıqlar aparsa da, Səudiyyə Ərəbistanına keçmək variantına üstünlük verir.
Kinqsli Komanın "Bavariya" ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.