Operativ Məlumat Mərkəzi

KİV: Gələn il Ermənistanda Pakistanın səfirliyi açılacaq

1 dəq
Paylaş:
KİV: Gələn il Ermənistanda Pakistanın səfirliyi açılacaq
bu barədə “NEWS.am” diplomatik mənbəyə istinadən məlumat yayıb. Qeyd edək ki, Ermənistan və Pakistan arasında diplomatik münasibətlər 31 avqust 2025-ci...

Gələn il Pakistanın Ermənistanda səfirliyinin açılması istiqamətində hər iki ölkənin diplomatik nümayəndələri fəal şəkildə işləyirlər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “NEWS.am” diplomatik mənbəyə istinadən məlumat yayıb.

Qeyd edək ki, Ermənistan və Pakistan arasında diplomatik münasibətlər 31 avqust 2025-ci ildə qurulub. Həmin gün Çində iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommünike imzalanıb.

Ermənistan Xarici İşlər Nazirlyindən bildiriblər ki, bu kommünikedə hər iki dövlətin hökumətləri diplomatik münasibətlərin qurulması məqsədilə nümayəndəliklərin mübadiləsini aparmağa və bir-birinə zəruri yardımı göstərməyə razılıq veriblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər