Əsas məzmuna keç

“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna dəyişiklik qəbul olunub

“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna dəyişiklik qəbul olunub

bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna təklif edilən yeni maddə müzakirəyə...

və əks-kəşfiyyat fəaliyyətinin subyektləri şəxsin həmin subyektlərdə xidmətə (işə) qəbul olunmasından imtina edilməsi səbəblərini açıqlamaq öhdəliyi daşımayacaqlar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Milli Məclisin plenar iclasında “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna edilən yeni maddə müzakirəyə çıxarılıb.

Bildirilib ki, dəyişikliyin əsas məqsədi həmin subyektlərdə fəaliyyət istiqamətlərinə uyğun olaraq konfidensiallığın qorunub saxlanılmasıdır.

Təklif edilən dəyişikliyə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycanın kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hüquqlarının genişləndirilərək xarici dövlətlərin xüsusi xidmət və hüquq mühafizə orqanları ilə müvafiq proqramlar çərçivəsində kadrların hazırlanması, təkmilləşdirilməsi və ixtisaslarının artırılması sahəsində də əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.

Layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…