Türkiyənin İstanbul şəhərində Beylikdüzü Adnan Kahveci məhəlləsində 14 mərtəbəli binada baş verən partlayış nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə İstanbul valiliyindən bildirilib.
Məlumata görə, partlayış binanın girişində olub. Bildirilib ki, binada 84 mənzil var.
Partlayışa səbəb kimi qaz sızması göstərilir.