Qəzza zolağının Mərkəzi bölgəsindəki Nusayrat qaçqın düşərgəsindəki bir evə İsrail ordusunun hücumu nəticəsində 11 nəfər ölüb.
"Operativ Məlumat Mərkəzi-OMM" yerli mənbələrə istinadən xəbər verir ki, İsrail qüvvələri düşərgədəki Hamed ailəsinin evinə hücum edib.
Hücum nəticəsində 11 fələstinli həlak olub, bir çoxu yaralanıb.
Ölən və yaralananların dağıdılmış evdən çıxarılması işləri davam etdirilir.