Operativ Məlumat Mərkəzi

İspaniyanın baş naziri Sançes Aİ-dən İsrailə qarşı çıxışını tələb edib

1 dəq
Paylaş:
İspaniyanın baş naziri Sançes Aİ-dən İsrailə qarşı çıxışını tələb edib

İspaniyanın baş naziri Pedro Sançes Strasburqda keçirilən Avropa Parlamentinin (AP) Baş Assambleyasında etdiyi çıxışında Avropa İttifaqından (Aİ) İsrail əleyhinə çıxış etməyi və “bəsdir” deməsini istəyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

"Biz bütün Yaxın Şərqdə terrorizmlə mübarizəni dəstəkləməliyik. İsrailin özünümüdafiə və mövcudluq hüququnu tanımalıyıq, lakin eyni inanc və eyni dəyərlərlə minlərlə günahsız mülki insanın, o cümlədən minlərlə insanın ölümünə "bəsdir" deməliyik. Qəzzada uşaqlar var. Bombalamalar dərhal dayandırılmalıdır. Humanitar yardımlar təcili və kifayət qədər miqdarda gəlməlidir",-deyə nazir qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər