Əsas məzmuna keç

İrandan Azərbaycana 18 kq narkotikin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 18 kq narkotikin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib....

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyul ayının 20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “” sərhəd dəstəsinin ərazisində İran İslam Respublikasından Respublikası istiqamətinə naməlum şəxsin şübhəli hərəkətləri müşahidə edilib.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb.

Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucusu təqib edilib, havaya xəbərdarlıq atəşi açılıb. Əmrə tabe olmayan sərhəd pozucusu havanın qaranlıq, ərazinin meşəlik olmasından istifadə edərək üzərindəki bağlamaları atmış və geriyə qaçmağa nail olub.

Keçirilmiş sərhəd axtarışı və tədbirləri nəticəsində hadisə yerində ümumi çəkisi 18 kiloqram 100 qram marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…