Əsas məzmuna keç

İrandan Azərbaycana 16 kq çox narkotikin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 16 kq çox narkotikin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat...

İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 16 220 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Belə ki, noyabr ayının 2-də “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və tədbirləri nəticəsində saat 22:45-də ümumi çəkisi 5 kiloqram 715 qram narkotik vasitə marixuana, noyabrın 3-də saat 07:45-də isə ümumi çəkisi 10 kiloqram 505 qram narkotik vasitə (7 kq 445 qram tiryək; 3 kq 60 qram heroin) aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…