Əsas məzmuna keç

İran səfirliyi Azərbaycanın diplomatik korpusuna terror hücumunu pisləyib

İran səfirliyi Azərbaycanın diplomatik korpusuna terror hücumunu pisləyib

İran səfirliyi Azərbaycanın Tehrandakı diplomatik korpusuna terror hücumunu pisləyib. Səfirlikdən "Operativ Məlumat Mərkəzi - OMM"-yə verilən məlumatda...

İran səfirliyi Azərbaycanın Tehrandakı korpusuna terror hücumunu pisləyib.

Səfirlikdən "Operativ Məlumat Mərkəzi - OMM"-yə verilən məlumatda səfirliyinin işçilərindən birinin həyatını itirməsi ilə bağlı Azərbaycan dövlətinə və xalqına dərin hüznlə başsağlığı verilir.

Bildirilir ki, İran səfirliyi dost və qardaş Azərbaycan səfirliyinə, silahlı şəxsin hücumunu pisləyir: "Bu acı hadisənin baş verdiyi ilk anlardan İran polis, siyasi və orqanlarının rəsmiləri hadisənin və hazırda həbs olunaraq istintaqa cəlb olunan şəxsin bu cinayəti törətməsinin səbəblərini hərtərəfli araşdırılması üçün xüsusi göstəriş veriblər. Araşdırmaların nəticələri barədə ictimaiyyətə məlumat veriləcək. Həmçinin hadisə ilə bağlı iki ölkənin rəsmiləri arasında diplomatik davam edir. Bununla bağlı iki ölkənin nazirləri bu gün telefonla danışacaqlar".

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…