Operativ Məlumat Mərkəzi

İran Rusiya və Çinlə əməkdaşlıq edərək ABŞ-nin təzyiqinin öhdəsindən gəlməyə ümid edir

1 dəq
Paylaş:
İran Rusiya və Çinlə əməkdaşlıq edərək ABŞ-nin təzyiqinin öhdəsindən gəlməyə ümid edir
bu fikirləri İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Əhməd Bahşayeş Ərdestani deyib. “ABŞ-ın maksimum təzyiqi altında belə, biz Donald...

İran ABŞ-ın yeni prezidenti Donald Trampın maksimum təzyiq siyasətinin yaratdığı iqtisadi çətinlikləri Rusiya və Çinin dəstəyi ilə aradan qaldıra bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Əhməd Bahşayeş Ərdestani deyib.

“ABŞ-ın maksimum təzyiqi altında belə, biz Donald Trampın prezidentliyi başa çatana qədər Rusiya, Çin və qonşu dövlətlərlə qarşılıqlı əlaqədə olmaqla bəzi iqtisadi problemləri həll edə bilərik”, - deyə o, bildirib.

Əhməd Bahşayeş qeyd edib ki, ABŞ prezidentinin maksimum təzyiq siyasəti İranı “silahsızlaşdırmaq”, İranın raket arsenalını əlindən almaq və iqtisadiyyatı zəiflətmək məqsədini daşıyır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər