Əsas məzmuna keç

"Rusiya sülh yolu ilə həll yolu axtarır"

"Rusiya sülh yolu ilə həll yolu axtarır"

Dmitri Peskov İran ətrafında gərginliyin artdığını bildirib. ABŞ və İsrailin zərbə planları fonunda Kreml diplomatik nizamlanma və birgə təlimlər barədə nə deyir?

en ru

“ İran ətrafındakı gərginliyin görünməmiş xarakterini qeyd edir”.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

“İndi regionda görünməmiş gərginliyin artdığını görürük. Amma yenə də nizamlanma axtarışında siyasi və diplomatik vasitələrin və danışıqların üstünlük təşkil edəcəyini gözləyirik”, - deyə o, mətbuat konfransında vurğulayıb.

Məlumata görə, İran Hərbi Dəniz Qüvvələri bölgədə artan gərginlik fonunda Rusiya ilə birgə təlimlərə başlayıb. isə Yaxın Şərqdə qoşunlarını cəmləşdirir və əlavə qüvvələr göndərir.

Amerika mətbuatının yazdığına görə, Vaşinqton Tehranı nüvə dosyesi üzrə danışıqlarda güzəştə getməyə məcbur etmək üçün bir sıra zərbələr endirməyi planlaşdırır. CBS telekanalı isə ABŞ-İsrail tərəfindən İrana mümkün zərbənin 21 fevrala planlaşdırıldığını bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…