Operativ Məlumat Mərkəzi

İran "qırmızı xəttini" açıqlayıb

1 dəq
Paylaş:
İran "qırmızı xəttini" açıqlayıb
bu barədə "Mehr" agentliyi məlumat yayıb. Omanın xarici işlər naziri tərəfindən bu yaxınlarda Tehrana çatdırılan Vaşinqtonun təklifi "çox...

ABŞ-ın İranın nüvə proqramı ilə bağlı danışıqlar kontekstində təqdim etdiyi yeni təklif çoxlu suallardan ibarətdir. Tehran yaxın günlərdə bu suallara cavab verəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Omanın xarici işlər naziri tərəfindən bu yaxınlarda Tehrana çatdırılan Vaşinqtonun təklifi "çox qeyri-müəyyənlik və suallar ehtiva edir. Bu təklifdə bir çox məqamlar aydın deyil", - deyə Əraqçi bildirib.

İran Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb: "İran torpağında zənginləşdirmənin davam etdirilməsi bizim qırmızı xəttimizdir. Bu, bütün ölkələrin qəbul etdiyi bir həqiqətdir. Zənginləşdirmə artıq iranlılar üçün milli qürur və şərəf məsələsinə çevrilib".

O əlavə edib ki, Tehran ABŞ prezidenti Donald Trampın tələblərinə uyğun olaraq bu məsələdə güzəştə getməyəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər