Əsas məzmuna keç

İran mətbuatı Azərbaycanın lokal antiterror tədbirindən yazıb

İran mətbuatı Azərbaycanın lokal antiterror tədbirindən yazıb

Ordusunun sentyabrın 19-da həyata keçirdiyi tədbirlərini uğurla başa çatdırması İran mətbuatında əks olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İranın “Ghatreh”, “Fardanews”, “Ecoiran”, İRNA, “Mehr” və digər informasiya agentliklərinin saytlarında verilən materiallarda Azərbaycan Ordusunun 24 saat ərzində Qarabağda lokal antiterror tədbiri keçirdiyi deyilir.

Materiallarda İlham Əliyevin xalqa müraciətindən sitat gətirilib. Qeyd olunub ki, Azərbaycan öz məqsədinə nail olaraq suverenliyini bərpa etdi. İlham Əliyev orduya antiterror tədbirləri zamanı mülki əhalinin təhlükəsizliyinin təmin olunması haqqında əmr verib.

Dərc olunan xəbərlərdə nəzərə çatdırılıb ki, Prezident Qarabağın erməni əhalisinin təhlükəsizliyinə və hüquqlarının qorunmasına zəmanət verib.

AZƏRTAC

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…