İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib ki, İran İsrailin hücumu halında təhlükəsizlik məsələlərində güzəştə getməyəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Atəşkəsdən istifadə edən Tel-Əviv rejiminin hava hücumundan müdafiə sistemini sürətlə gücləndirdiyi və təmir etdiyi və İran ərazisinə yeni hücum üçün zəifləmiş ordusunun döyüş strukturunu yenidən təşkil etdiyi barədə arabir şayiələr yayılıb”, - diplomat bildirib.
Səfir qeyd edib ki, əgər İsrail hücum edərsə, İran "aqressiyaya dözməyəcək" və qətiyyətlə cavab verəcək.