İranın hakimiyyət orqanları qadınlara məcburi hicab tətbiq etməkdə qərarlı olduqlarını açıq şəkildə bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, İranın sərt mövqeli deputatı yaxın 48 saat ərzində hicab qaydalarını pozan qadınları cəzalandırmaq üçün məhkəməyə ultimatum verib.
Sentyabr ayından İranda baş verən kütləvi etirazlar indiyə qədər zorakılıqla yatırılıb.
Amma bəzi qadınlar ictimai yerlərdə məcburi hicab taxmaq qaydalarına qarşı çıxmaqda davam edirlər.