Əsas məzmuna keç

İmtahanda 59 bal toplayan şəhid anasının çıxışı maraqla qarşılandı

İmtahanda 59 bal toplayan şəhid anasının çıxışı maraqla qarşılandı

bu fikirləri Vətən Müharibəsi Qəhrəmanı, şəhid Valeh Bədəlovun anası, Zaqatala rayonu Aşağı Tala kəndi 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi...

“Belə sual səsləndirdilər ki, aşağı bal müəllimlərin necə olacaq? Bəs MİQ imtahanından yüksək bal toplayıb evlərdə vakansiya gözləyən müəllimlərin taleyi necə olacaq?!”

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri Vətən Müharibəsi Qəhrəmanı, Valeh Bədəlovun anası, Zaqatala rayonu Aşağı Tala kəndi 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi SüdabəQaziyeva təhsilverənlərin sertifikatlaşdırma imtahanı ilə bağlı təəssüratlarını bölüşərkən bildirib.

O qeyd edib ki, MİQ imtahanı ilə yüksək nəticə göstərərək işə qəbul olunmuş müəllimləri görəndə qürur hissi keçirir: “Müəllim mütləq öz üzərində işləməlidir. Biz elm və texnikanın o qədər sürətli inkişaf etdiyi dövrdə yaşayırıq ki, niyə xaricdən geri qalmalıyıq? Son illər gənc və savadlı müəllimin qarşısında geniş imkanlar açılıb. Bizim işə girdiyimiz dövrdə belə imkanlarımız olmayıb. Bu imkanlardan maksimum yararlanın”.

Müəllimin bu yanaşması auditoriya tərəfindən alqışlarla qarşılanıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…