Əsas məzmuna keç

İmişlidə toyda kütləvi zəhərlənmə olub, 59 nəfər xəstəxanaya müraciət edib

İmişlidə toyda kütləvi zəhərlənmə olub, 59 nəfər xəstəxanaya müraciət edib

Sentyabrın 24-də saat 14:10 radələrindən zəhərlənmə şübhəsi ilə 59 nəfər (5-i olmaqla 25-i kişi, 4-ü uşaq olmaqla 34-ü qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə TƏBİB-dən məlumat verilib.

"Onlara qeyri-infeksion və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş 4 nəfər iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib. Vəziyyətləri stabil qiymətləndirilən digər şəxslərin müalicələri müvafiq şöbələrdə davam etdirilir", məlumatda deyilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…