Operativ Məlumat Mərkəzi

İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib

1 dəq
Paylaş:
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
İlin ilk yarısında Azərbaycanda ümumilikdə 25 qida zəhərlənməsi hadisəsi baş verib. Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə Qida Təhlükəsizliyi...

İlin ilk yarısında Azərbaycanda ümumilikdə 25 qida zəhərlənməsi hadisəsi baş verib.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildiriblər.

Agentliyin məlumatına görə, zəhərlənmə hadisələrində ümumi 162 zərərçəkən olub:

“Təsdiqlənmiş qida zəhərlənmələrindən 15-i məişət zəminində, 10-u ictimai iaşə müəssisələrində baş verib. Baş verən hadisələrə əsas səbəb sanitar-gigiyenik qaydalara riayət edilmədən məhsulun hazırlanması və istehlakıdır”.

AQTA-dan bildiriblər ki, hesabat dövrü ərzində qida zəhərlənməsi diaqnozu ilə ölüm hadisəsi qeydə alınmayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər