Əsas məzmuna keç

İlham Əliyev Slovakiyanın Prezidentinə təbrik məktubu göndərib

İlham Əliyev Slovakiyanın Prezidentinə təbrik məktubu göndərib

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Prezidenti Zuzana Çaputovaya təbrik məktubu göndərib. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə,...

İlham Əliyev Slovakiyanın Prezidenti Zuzana Çaputovaya göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, mətndə deyilir:

"Hörmətli xanım ,

Ölkənizin milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və xalqı adından ürəkdən təbrik edirəm.

Bu il diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edəcək Azərbaycan ilə Slovakiya arasında əlaqələrin dinamikası məmnunluq doğurur. Ölkələrimizin fəal dialoqu bir sıra sahələrdə, xüsusilə də enerji sahəsində əməkdaşlığımızın yüksələn xətlə inkişaf etməsinə şərait yaratmışdır.

Əminəm ki, Azərbaycan-Slovakiya dostluq əlaqələrinin möhkəmləndirilməsi, ticarət, investisiya qoyuluşu, və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızın böyük potensialının reallaşdırılması istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Slovakiya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…