Əsas məzmuna keç

İlham Əliyev almaniyalı həmkarını Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırıb

İlham Əliyev almaniyalı həmkarını Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırıb

dövlət başçısı bu barədə jurnalistlərin suallarına cavabında bildirib “Bu gün söhbət əsnasında mən cənab Prezidenti Azərbaycan-Ermənistan sülh prosesi...

İlham Əliyev almaniyalı həmkarı Frank-Valter Ştaynmayeri Azərbaycan-Ermənistan sülh prosesi barədə ətraflı məlumatlandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə jurnalistlərin suallarına cavabında bildirib

“Bu gün söhbət əsnasında mən cənab Prezidenti Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı kifayət qədər məlumatlandırdım. Bildirdim ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz və şəxsən mən sülh danışıqlarının başlanmasının təşəbbüskarı olmuşam. O vaxt nə , nə də ki, o vaxt hələ fəaliyyət göstərən ATƏT-in Minsk qrupu belə bir təklif irəli sürməmişdi. Bu təklifi Azərbaycan tərəfi vermişdir. Bu özlüyündə onu göstərir ki, biz sülh müqaviləsinin bağlanmasında nə qədər maraqlıyıq”, - deyə vurğulayıb.

Dövlət başçısı bildirib ki, 2024-cü ilin yanvarına qədər Ermənistan təkidlə sülh müqaviləsinə salmaq istədiyi dırnaqarası “Dağlıq Qarabağ respublikası” yoxdur, bu, ancaq Ermənistanın xülyalarında mövcud olub. Azərbaycanın Qarabağ bölgəsi mövcuddur.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…