Operativ Məlumat Mərkəzi

Husilər İsrail hava limanına ballistik raket hücumu təşkil etdiklərini iddia edirlər

1 dəq
Paylaş:
Husilər İsrail hava limanına ballistik raket hücumu təşkil etdiklərini iddia edirlər
hücum barədə hərəkatın silahlı qüvvələrin sözçüsü Yəhya Sariya məlumat verib. Husilər keçən həftə Ben Qurion Beynəlxalq Hava Limanına iki dəfə hücum...

Yəmənin şimalını idarə edən Ənsarullah (Husilər) İsrailin Ben Qurion Beynəlxalq Hava Limanına ballistik raketlə hücum edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hücum barədə hərəkatın silahlı qüvvələrin sözçüsü Yəhya Sariya məlumat verib.

Husilər keçən həftə Ben Qurion Beynəlxalq Hava Limanına iki dəfə hücum etməyi planlaşdırdıqlarını açıqlayıblar.

Ənsarullah şiə husi hərəkatının mətbuat xidmətinin rəis müavini Nəsrəddin Əmir bildirib ki, İsrail Yəməndəki mövqelərə son hücumunda misli görünməmiş sayda təyyarədən istifadə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər