Yanvar ayında Yəmən husilərinin gəmilərə hücumları fonunda Süveyş kanalının gəlirləri təxminən yarıya qədər azalıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Süveyş kanalı administrasiyasının rəhbəri Usamə Rabia açıqlama verib.
Onun sözlərinə görə, Qırmızı dənizdə aylardır davam edən gərginlik nəticəsində gəlir 46 faiz azalıb.
Ötən ilin yanvarında gəlirlər 804 milyon dollar idisə, bu ilin eyni dövrü üçün bu 428 milyon dollar olub.
Bir ayda kanaldan keçən gəmilərin sayı isə 2023-cü ilin yanvar ayı ilə müqayisədə 36 faiz azalıb.
Husilər 2023-cü ilin noyabrında Yəmənin şimalında husilər İsraillə əlaqəli bütün gəmilərə hücum edəcəklərini və onların Qırmızı dəniz sularından keçməsinə icazə verməyəcəyini açıqlamışdı. Onlar öz hərəkətlərini “Qəzza zolağındakı təcavüzə” cavab adlandırıblar. O vaxtdan bəri bölgədəki onlarla ticarət və hərbi gəmi raket hücumlarına məruz qalıb.