Yəməndəki Ənsarullah hərəkatına bağlı husilər ABŞ-ın “Harry Truman” və “Carl Vinson” təyyarədaşıyan gəmilərinə və onları müşayiət edən döyüş gəmilərinə hücum edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu açıqlama ilə qiyamçıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sərya çıxış edib.
"Raket Qüvvələri və Pilotsuz Sistemlər Qüvvələri iki qanadlı raket və iki pilotsuz təyyarə ilə Şimali Qırmızı dənizdə Harry Truman təyyarədaşıyan gəmisinə və onunla əlaqəli gəmilərə hücum edib. İkinci əməliyyat Hərbi Dəniz Qüvvələri, Raket Qüvvələri və Pilotsuz Sistemlər Qüvvələri tərəfindən üç qanadlı raket və dörd pilotsuz uçan aparatdan istifadə edərək, ABŞ təyyarə gəmisi və ona aid ərəb gəmisinə qarşı həyata keçirilib.
Yəhya Sərya bildirib ki, hər iki hərbi əməliyyat öz məqsədlərinə uğurla çatıb.