NASA "Hubble" Kosmik Teleskopunun 35-ci ildönümü münasibətilə Marsdan uzaq qalaktikalara uzanan dörd təsir edici kosmik fotoşəkil paylaşdı.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
1990-cı ildə kosmosa buraxılan "Hubble" Kosmik Teleskopu dörd yeni görüntü ilə 35-ci ildönümünü qeyd edib.
NASA və Kosmik Teleskopu Elm İnstitutu (STScI) tərəfindən yayımlanan fotoşəkillər Marsdan NGC 5335 spiral qalaktikasına qədər uzanan göy cisimlərini ortaya qoyur.