Operativ Məlumat Mərkəzi

Hindistan xaricdən pul köçürmələrinin həcminə görə lider olub

1 dəq
Paylaş:
Hindistan xaricdən pul köçürmələrinin həcminə görə lider olub
bu barədə Dünya Bankı məlumat yayıb. 2023-2024-cü maliyyə ilinin sonuna (martda başa çatır) ölkə öz diasporundan rekord məbləğdə 107 milyard dollar əldə...

Hindistan öz vətəndaşlarından xaricə pul köçürmələrinin həcminə görə növbəti dəfə dünyada birinci yerdə qərarlaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dünya Bankı məlumat yayıb.

2023-2024-cü maliyyə ilinin sonuna (martda başa çatır) ölkə öz diasporundan rekord məbləğdə 107 milyard dollar əldə edib. ABŞ 23% payla hindlilərin vətənlərinə köçürdüyü ən böyük pul mənbəyi olaraq qalıb.

Xaricdə yaşayan vətəndaşların köçürmələrinin həcminə görə ilk üçlükdə Meksika (67 milyard dollar) və Çin (50 milyard dollar) qərarlaşıb. İlk 5-liyi 40 milyard dollarla Filippin və 24 milyard dollarla Misir tamamlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər