Hindistan Rusiyaya daha çox toyuq yumurtası ixrac etməyə hazırdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Business Standard" məlumat verib.
Hindistanın cənubundakı Tamil Nadu əyalətindəki Quşçuluq Marketinq Assosiasiyasının prezidenti Vangili Subramaniam nəşrə bildirib ki, ölkələr artıq yumurta ixracını artırmaq üçün danışıqlar aparır.
Onun sözlərinə görə, Namakkal şəhərindəki broyler fabrikləri tədarükü artırmağa hazırdır. Hindistanın yumurta ixracının 95%-ni onların payına düşür.
"Rusiya yumurta qıtlığı yaşayır və Hindistandan ehtiyatlarını artırmağı xahiş edib. Əgər buna hökumət səviyyəsində qərar verilsə, Rusiya Hindistan üçün böyük bazara çevriləcək".