Operativ Məlumat Mərkəzi

Hikmət Hacıyev Benilüks ölkələri XİN-lərinin siyasi direktorları ilə görüşüb

1 dəq
Paylaş:
Hikmət Hacıyev Benilüks ölkələri XİN-lərinin siyasi direktorları ilə görüşüb
bu barədə Lüksemburq Xarici İşlər Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində Belçika, Niderland və Lüksemburq Xarici İşlər nazirliklərinin siyasi...

Belçika, Niderland və Lüksemburq Xarici İşlər nazirliklərinin siyasi direktorları Azərbaycana səfər edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Lüksemburq Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Belçika, Niderland və Lüksemburq Xarici İşlər nazirliklərinin siyasi direktorları Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüblər.

“Belçika, Niderland və Lüksemburq Xarici İşlər nazirliklərinin siyasi direktorları ölkələrimizin sülh gündəliyinə, konnektivliyə və Azərbaycanda iqtisadi inkişafa töhfə verməsini müzakirə etmək üçün Azərbaycana səfər ediblər. Faydalı müzakirələrə görə Hikmət Hacıyevə, Azərbaycan XİN-ə və Milli Məclisə təşəkkür edirik”, - məlumatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər