Əsas məzmuna keç

Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqazda yeni status-kvonun əsasını qoyub

Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqazda yeni status-kvonun əsasını qoyub

Qafqazda ölkələrin ərazi bütövlüyünə və suverenliyinə əsaslanan yeni status-kvonun əsasını qoyub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” adlı panel iclasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan baş verən prosesləri diqqətlə izləyir:

"İlk növbədə, qütbləşmənin artdığını müşahidə edirik. Çoxtərəfli diplomatiya bu kontekstdə böyük əhəmiyyət daşıyır. Eyni zamanda, parçalanma meyilləri və Şərq-Qərb qarşıdurmasının dərinləşməsi nəzərə çarpır. Cənubi Qafqaz regionu böyük güclərin maraqlarının toqquşduğu məkandır və bu proseslər hər zaman bizim maraqlarımıza uyğun olmaya bilər".

H.Hacıyev qeyd edib ki, Ermənistan-Azərbaycan müharibəsi regionda yeni reallıqlar formalaşdırıb:

"Azərbaycan Cənubi Qafqazda ölkələrin ərazi bütövlüyünə və suverenliyinə əsaslanan yeni status-kvonun əsasını qoyub. “Bu region bizə məxsusdur və biz transformasiyanın düzgün istiqamətdə irəliləməsinə çalışmalıyıq. Ümid edirik ki, da bunu dərk edəcək. Hazırda Azərbaycan sülh müqaviləsi danışıqlarının aparıldığı bir mərhələdədir. Ermənistan tərəfi tam şəkildə Azərbaycana qarşı iddialı olmalı deyil”.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…