Operativ Məlumat Mərkəzi

HƏMAS İsrailin atəşkəs şərtlərini rədd edib

2 dəq
Paylaş:
HƏMAS İsrailin atəşkəs şərtlərini rədd edib
bu barədə “The Wall Street Journal” Misir rəsmilərinə istinadən bildirib. Onların sözlərinə görə, İsrail təcili tibbi yardıma ehtiyacı olan girov qalan...

Fələstinin radikal HƏMAS hərəkatı onlarla girovun azad edilməsi müqabilində İsrailin etdiyi bir həftəlik razılaşmasını rədd edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Wall Street Journal” Misir rəsmilərinə istinadən bildirib.

Onların sözlərinə görə, İsrail təcili tibbi yardıma ehtiyacı olan qalan bütün qadın, uşaq və qocalar da daxil olmaqla 40 nəfərin azad edilməsini istəyib. Bunun müqabilində yəhudi dövləti quru və hava əməliyyatlarını bir həftə müddətinə dayandırmağı təklif edib, həmçinin anklava axınına zəmanət verib.

Qəzetin həmsöhbətlərinin fikrincə, danışıqların bu nəticəsi uğursuzluq kimi qiymətləndirilməməlidir, söhbət hərəkatın İsraildən daha böyük güzəştlər əldə etmək cəhdindən gedir. Xüsusilə də HƏMAS nümayəndələri yalnız atəşkəsdən sonra israilli girovların qaytarılması məsələsini müzakirə etməyə hazır olduqlarını bəyan ediblər. Bundan əlavə, Fələstin İslami Cihad qrupu 100-dən çox girov müqabilində İsraildən sayı minlərlə olan bütün İslami Cihad iştirakçılarını həbsxanalarından azad etməyi tələb edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax