Operativ Məlumat Mərkəzi

Paşinyan istefa verməyi planlaşdırır - KİV

1 dəq
Paylaş:
Paşinyan istefa verməyi planlaşdırır - KİV

Ermənistanın baş naziri Nikol Paşinyan 1990-cı illərdə İrəvanın nəzarətinə keçən sərhəd kəndləri ilə bağlı Azərbaycanla gərginliyi azaltmaq üçün istefa verəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Joxorvud” qəzeti yazıb.

Bu çərçivədə Baş nazir təcili partiya toplantısı edib.

“Azərbaycanın Tavuş bölgələri ilə bağlı tələbləri o qədər dərinləşib ki, Paşinyan vəziyyəti yumşaltmaq üçün istefa vermək qərarına gəlib”,- deyə mətndə deyilir.

Qəzetin məlumatına görə, Paşinyan qərara gəlib ki, bu, özünün və hökumətinin xilası olacaq.

Sənəddə həmçinin sentyabrın 10-da Ermənistanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər