Əsas məzmuna keç

Harri Keyn Çempionlar Liqasında bir rekordu qırıb, digərini təkrarlayıb

Harri Keyn Çempionlar Liqasında bir rekordu qırıb, digərini təkrarlayıb

Almaniyanın "Bavariya" klubunun futbolçusu Harri Keyn UEFA Çempionlar Liqasında bir rekordu qırıb, digərini təkrarlayıb. "Operativ Məlumat...

Almaniyanın "Bavariya" klubunun futbolçusu Keyn UEFA Çempionlar Liqasında bir rekordu qırıb, digərini təkrarlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in "Opta "a istinadən məlumatına görə, 31 hücumçu buna evdə Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasına 9:2 hesabı ilə qalib gəldikləri Liqa mərhələsinin I turunun oyununda nail olub.

Sözügedən qarşılaşmada poker edən təcrübəli forvard Alan Smitin 1991-ci ildəki nailiyyətini təkrarlayıb. Həmin vaxtdan sonra hansısa ingiltərəli oyunçu avrokubokların əsas raundunda bir matçda 4 qol vurmamışdı.

Keyn həm də ""in sabiq futbolçusu Ueyn Runinin rekordunu qırıb. O, Çempionlar Liqası tarixində 33-cü qoluna imza ataraq ən çox qol vuran ingilis oyunçu olub. Runinin hesabında 30 qol var.

Qeyd edək ki, Harri Keyn 2023-cü ilin yayında "Tottenhem"dən Münhen klubuna keçib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…