Əsas məzmuna keç

Hakimliyə namizədlər üçün imtahan keçiriləcək

Hakimliyə namizədlər üçün imtahan keçiriləcək

Dekabrın 15-də Dövlət İmtahan Mərkəzi ilə Hakimlərin Seçki Komitəsi hakim vəzifəsinə namizədlər üçün test imtahanı keçirəcək. Bu barədə "Operativ Məlumat...

Dekabrın 15-də Dövlət İmtahan Mərkəzi ilə Hakimlərin Komitəsi hakim vəzifəsinə üçün test imtahanı keçirəcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Bildirilib ki, DİM-in Binəqədi rayonu, S.S. küç., 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcək.

İmtahan kompüterlər vasitəsilə keçiriləcək. İmtahanda 378 nəfərin iştirakı nəzərdə tutulur. İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.

İmtahana gələrkən namizədlər «İmtahana buraxılış vərəqəsi»ni və vəsiqəsini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaqdır.

İmtahan saat 10:00-da başlanır.

İmtahanda namizədlərə 100 sual təqdim olunur və onların cavablandırılmasına 4 saat vaxt ayrılır. Hər imtahan sualına düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavabların sayı düzgün cavabların nəticəsinə təsir göstərmir. 60 və daha çox bal toplamış namizədlər növbəti mərhələyə buraxılırlar.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…