Operativ Məlumat Mərkəzi

Gürcüstanda nümayişlər davam edir

2 dəq
Paylaş:
Gürcüstanda nümayişlər davam edir

Oktyabrın 26-da Gürcüstanda hakim “Gürcü Arzusu” Partiyasının qalib gəldiyi parlament seçkilərinin nəticələrini qəbul etməyən müxalifət, hərəkətə bağladıqları İliya Çavçavadze küçəsində çadır quraraq başladıqları nümayişi davam etdirirlər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, seçkilərin saxtalaşdırıldığını iddia edən nümayişçilər yenidən seçilmək tələblərini təkrarlayıblar.

Tiflisin ən işlək küçələrindən birini bağlayan nümayişçilər havanın soyuq keçməsi səbəbindən gecə boyu ocaq yandıraraq düşərgədə qalmağa davam ediblər.

“Dəyişiklik Koalisiyası”nın liderlərindən olan Nika Qvaramiya səhər saatlarında verdiyi açıqlamada çətin gecəyə baxmayaraq nümayişin davam edəcəyini bildirib.

Küçədəki nümayişə görə Tbilisinin bəzi mühüm kəsişmələri və küçələri nəqliyyat vasitələrinin hərəkətinə bağlanıb.

Polis bölgədə geniş təhlükəsizlik tədbirləri görüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər