Əsas məzmuna keç

Güclü külək Bakıda 55 ağacı sındırıb - FOTO - VİDEO

Güclü külək Bakıda 55 ağacı sındırıb - FOTO - VİDEO

Dünən saatlarından Bakı və yarımadasında başlayan, güclü küləklə müşayət olunan leysanla bağlı şəhər kommunal xidmətləri xüsusi iş rejiminə keçib.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, bu gün səhər saat 10:00 üçün olan məlumata görə, nəticəsində şəhərdə 55 ağac sınıb, 15-dən çox ağacın budaqları qırılıb.

Birliyinin əməkdaşları tərəfindən qırılan ağaclar kəsilib, zədələnənlər budanıb, təmizlənib.

Hazırda birliyin mobil qrupları şəhərin müxtəlif ərazilərində gücləndirilmiş rejimdə işlərini davam etdirir.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…