Əsas məzmuna keç

Füzulinin 530 illik yubileyi münasibətilə elektron məlumat bazası yaradılıb

Füzulinin 530 illik yubileyi münasibətilə elektron məlumat bazası yaradılıb

bu barədə AMEA məlumat yayıb. Bildirilib ki, bazada Məhəmməd Fizulinin həyat və yaradılıcığını əks etdirən məlumatlar, şəkillər, vəfatının 400 illiyinə...

Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) dahi Azərbaycan və mütəfəkkiri Füzulinin anadan olmasının 530 illiyi münasibətilə yaradılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə AMEA məlumat yayıb.

Bildirilib ki, bazada Məhəmməd Fizulinin həyat və yaradılıcığını əks etdirən məlumatlar, şəkillər, vəfatının 400 illiyinə ithaf olunmuş film, “Füzuli kantatası”, Şərqin ilk operası “Leyli və Məcnun”un afişası və s. daxil edilib.

Mərkəzi Elmi Kitabxananın Sərgi salonunda “Məhəmməd Füzuli - 530” adlı ilboyu davam edəcək ənənəvi sərgi də təşkil edilib.

Qeyd edək ki, elektron məlumat bazası “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 25 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində, AMEA-nın Tədbirlər planına əsasən, “Füzuli günləri” layihəsi çərçivəsində hazırlanıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…