Operativ Məlumat Mərkəzi

FHN əhaliyə müraciət edib

1 dəq
Paylaş:
FHN əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi qar uçqunu təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-dən məlumat verilib....

Fövqəladə Hallar Nazirliyi qar uçqunu təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-dən məlumat verilib.

Məlumatda qeyd edilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, temperaturun yüksəlməsi fonunda iyun ayının 3-nə kimi yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı mövcuddur.

Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi vətəndaşları göstərilən müddətdə yüksək dağlıq ərazilərə səfərlərdən çəkinməyə, belə bir zərurət yarandıqda isə müvafiq təhlükəsizlik qaydalarına əməl etməyə, o cümlədən qar uçqunu ehtimalı olan yerlərdən, habelə dik yamaclardan kənar gəzməyə çağırır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər