Əsas məzmuna keç

FHN bu kəndlərdə maarifləndirmə tədbiri keçirib

FHN bu kəndlərdə maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) regional mərkəzləri tərəfindən ötən günlər ərzində müvafiq regional mərkəzin əhatə etdiyi rayonların ərazisində sel...

Fövqəladə Hallar Nazirliyinin () mərkəzləri tərəfindən ötən günlər ərzində regional mərkəzin əhatə etdiyi rayonların ərazisində sel təhlükəli kəndlərdə silsilə maarifləndirmə tədbirləri keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" -ə FHN-dən məlumat verilib.

Bildirilib ki, tədbirlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qurumlarının nümayəndələri də iştirak edib.

Tədbirlərin keçirilməsində məqsəd xüsusilə intensiv yağıntılarla əlaqədar çaylarda yarana bilən sel və daşqınlar zamanı zəruri qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Yerli sakinlər, o cümlədən ictimai iaşə obyektlərinin əməkdaşları və turistlərlə keçirilən görüşlərdə sel və daşqın təhlükəsindən qorunmağın yolları, bu təhlükə ilə üzləşdikdə davranış qaydaları barədə ətraflı məlumatlar verilib, mövzuya dair məlumatlandırıcı çap materialları paylanılıb.

Qeyd edək ki, FHN tərəfindən əhalinin fövqəladə hallarla bağlı maarifləndirilməsi məqsədilə bu kimi tədbirlər müntəzəm olaraq keçirilir.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…