Əsas məzmuna keç

Ermənistanda aviaşirkət fəaliyyətini dayandırır

Ermənistanda aviaşirkət fəaliyyətini dayandırır

bu barədə "Joxovurd" qəzeti məlumat yayıb. Bununla bağlı qərar dekabrın 4-dək veriləcək. Şirkətin təşkilati və maliyyə məsələləri ilə bağlı çox ciddi...

Ermənistanın “Fly Arna” aviaşirkəti fəaliyyətini dayandırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "" qəzeti məlumat yayıb.

Bununla bağlı qərar dekabrın 4-dək veriləcək.

Şirkətin təşkilati və maliyyə məsələləri ilə bağlı çox ciddi problemlərinin olduğu bildirilir.

Qəzet yazır ki, “Fly Arna”nın rəhbəri David Papazyan müvafiq ixtisası olmayan şəxsləri işə götürərək, yüksək maaşla ciddi vəzifələrə təyin edib: “Bütün sənədlər və aşkar edilmiş qayda pozuntuları Nikol Paşinyana təqdim edilib. Məhz buna görə də ciddi fikir ayrılıqları yaranıb və baş nazir qərara gəlib ki, bu uçuşlar həyata keçirməsə, daha yaxşı olar”.

Bildirilib ki, bu şirkətin uğursuzluğu İrəvan meri Tiqran Avinyanla da bağlıdır, o, şirkətin yaradılmasında vasitəçi olub.

Qeyd edək ki, şirkət Milli Maraqlar Fondu (ANIF) və “Air Arabia Group” tərəfindən birgə yaradılıb. 2021-ci il dekabrın 10-da şirkət Ermənistan Milli Hava Yolları QSC tərəfindən dövlət qeydiyyatına alınıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…