Ermənistan Qəzzadan didərgin düşmüş sakinlərə humanitar yardım göndərəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" "Armenpress"-ə istinadən xəbər verir ki, layihəni hökumətin iclasında daxili işlər nazirinin müavini Arpine Sarkisyan təqdim edib.
Onun sözlərinə görə, məcburi köçkünlərə humanitar yardım çərçivəsində, onların prioritet ehtiyaclarının təmin edilməsi üçün ərzaq və dərman vasitələri veriləcək.
Ümumilikdə humanitar yardım 29,94 ton təşkil edəcək.