Ermənistan Azərbaycanla sülh müqaviləsini dərhal imzalamağa və ratifikasiya etməyə hazırdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu bəyanatla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan çıxış edib.
"Bugünkü geosiyasi gərginlik və qeyri-müəyyənlik fonunda Ermənistan Respublikası Cənubi Qafqazda davamlı sülh və rifahın təşviqinə sadiq qalır", - Ermənistanın xarici işlər naziri bildirib.
Mirzoyan xatırladıb ki, sülh sazişi layihəsi iki ölkə arasında razılaşdırılıb.
Bu kontekstdə nazir qeyd edib ki, Ermənistan sazişin imzalanması istiqamətində dərhal irəliləməyə hazırdır.