Əsas məzmuna keç

Ermənistan Azərbaycan Prezidentinin bəyanatını alqışlayır

Ermənistan Azərbaycan Prezidentinin bəyanatını alqışlayır

Bağdasaryanın sözlərinə görə, Ermənistan Respublikası Azərbaycan Prezidentinin Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan...

Baş nazirinin katibi Nazeli Bağdasaryan Azərbaycanın Ermənistana yük tranzitinə məhdudiyyətləri aradan qaldırmaq qərarını şərh edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Bağdasaryanın sözlərinə görə, Ermənistan Respublikası Prezidentinin Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatını alqışlayır.

“Bu addım Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq, regional kommunikasiyaların açılması, Ermənistan və Azərbaycan arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və sülhün institusionallaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir”, - o qeyd edib.

Qeyd edək ki, İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını bildirib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…