Əsas məzmuna keç

Ermənilər mülki aviasiya vasitələrimizə yenidən radiomaneələr tətbiq ediblər

Ermənilər mülki aviasiya vasitələrimizə yenidən radiomaneələr tətbiq ediblər

HƏRBİ

21 Avqust , 2023 12:38

Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin naviqasiya sistemlərinə qarşı sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən radiomaneələrin tətbiqi yenidən intensivləşib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Hava məkanımızdan keçən uçuşların təhlükəsizliyinə təhdid yaratmaq məqsədilə qanunsuz silahlı birləşmələr növbəti təxribata əl atıb.

Belə ki, avqustun 21-i saat 10:15-dən 10:23-dək Füzuli-Bakı marşrutu üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının ATR-45 tipli sərnişin təyyarəsinə radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yaranıb.

Faktla bağlı Rusiya sülhməramlı kontingentinin komandanlığının tərəfimizdən məlumatlandırılmasına baxmayaraq bu günədək heç bir tədbir görülməyib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…