Əsas məzmuna keç

Ermənilər atəşkəsi pozdu, sərhədçimiz yaralandı

Ermənilər atəşkəsi pozdu, sərhədçimiz yaralandı

Aprelin 10-da, saat 15:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun...

Aprelin 10-da, saat 15:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr ərazisinə keçirməsi aşkar olunub.

Dövlət Sərhəd Xidmətinin Mərkəzindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadımıza Silahlı Qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb.

Hərbi qulluqçu təxirə salınmadan tibb müəssisəsinə təxliyə olunub.

Hazırda sabitdir və bölmələrimizin nəzarəti altındadır.

Ermənistan tərəfinin bu növbəti təxribatına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…