Əsas məzmuna keç

Ərdoğan İndoneziya Prezidentinə "Togg" hədiyyə edib

Ərdoğan İndoneziya Prezidentinə "Togg" hədiyyə edib

R.T.Ərdoğan Çakartada Boqor Prezident Sarayında İndoneziya Prezidenti ilə görüşüb. Məlumata görə, Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk iclası və...

Prezidenti Rəcəb Tayyib İndoneziyaya səfəri çərçivəsində bu ölkənin Prezidenti Prabovo Subiantoya Türkiyənin yerli elektrik avtomobili "Togg" hədiyyə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə KİV-ə istinadən xəbər verir ki, R.T.Ərdoğan Çakartada Boqor Sarayında İndoneziya Prezidenti ilə görüşüb.

Məlumata görə, Yüksək Səviyyəli Şurasının ilk iclası və birgə konfransından sonra Türkiyə Prezidenti indoneziyalı həmkarına hədiyyəsini təqdim edib.

P.Subiantoya "Togg"un xüsusiyyətləri haqqında məlumat verən R.T.Ərdoğan "İstifadə edəndə super olduğunu görəcəksiniz. Səsini eşidə bilməzsiniz",- deyib.

Mərasimdə Türkiyə sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun da iştirak ediblər.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…